583
Rəylər 14 oktyabr — 01:21

Suriya hakimiyyəti və kürdlər Türkiyəyə qarşı birləşirlər

Suriya hökumətinin və qanunsuz kürd silahlı dəstələrinin nümayəndələri Rusiyanın Hmeymim aviabazasında (Latakiya əyaləti) danışıqlar aparırlar.

Virtualaz.org bildirir ki, bu barədə “Reuters” kürd mənbəsinə istinadən xəbər yayıb.

Mənbə danışıqların konkret təfərrüatlarını açıqlamayıb, amma qeyd edib ki, məsləhətləşmələr zamanı tərəflərin Türkiyənin fəaliyyətinə son qoyacaq irəliləyişə nail olacaqlarına ümid edirlər. Mənbənin sözlərinə görə, gələcəkdə Suriya hakimiyyəti ilə kürd yaraqlıları arasında danışıqlar Dəməşqə keçirilə bilər.

Bundan əvvəl Pentaqon rəhbəri Mark Esper CBS-yə verdiyi müsahibədə, türklərin hücumu qarşısında özlərini qorumağa çalışan kürdlərin suriyalılar və Rusiya ilə bir növ müqavilə bağlamaq istədiklərini söyləmişdi.

Bu arada Suriya dövlət televiziyası da maraqlı bir xəbər yayıb. Bildirilib ki, Suriya ordusu Türkiyə hərbi birliklərinə müqavimət göstərmək üçün şimala doğru hərəkət etməyə başlayıb.

Əlavə məlumat verilməyib.

Yeri gəlmişkən, bundan öncə Suriya ordusunun şimala doğru hərəkəti barədə "Əl-Mayadin" məlumat yaymışdı. Bildirilirdi ki. Suriya ordusu 48 saat ərzində Menbiç və Kobani şəhərlərinə girməyi planlaşdırır.

Xəbərlər