523
Rəylər 13 oktyabr — 17:54

Ərdoğan Türkiyənin Suriyadakı qələbələri və itkiləri haqda

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında həyata keçirdiyi "Barış bulağı" antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 490 terrorçusu zərərsizləşdirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı vurğulayıb ki, 440 terrorçu öldürülüb, 26-sı yaralanıb, 24-ü isə təslim olub.

O, qeyd edib ki, son beş gündə antiterror əməliyyatı zamanı Türkiyə Ordusu 2, Suriya Milli Ordusu 16 hərbçisini itirib.

Türkiyə şəhərlərinin Suriya ərazisindən atəşə tutulması nəticəsində Türkiyənin 18 mülki vətəndaşı öldürülüb, daha 147 nəfər isə yaralanıb.

""Barış bulağı" əməliyyatı Suriya xalqına, o cümlədən etnik kürdlərə qarşı deyil, Fərat çayının şərqində fəaliyyət göstərən terrorçulara qarşı yönəldilib", -deyə Prezident qeyd edib.

Ərdoğan Suriyada antiterror əməliyyatı başladıqdan sonra Türkiyənin sərhəd yaşayış məntəqələrinin 652 dəfə raket-minaatan atəşinə məruz qalmasına da diqqət çəkib.

Virtualaz.org

Xəbərlər