383
Rəylər 13 oktyabr — 16:42

Putin: Məndə “Twitter” yoxdur və mən Trampı izləmirəm

Rusiya Prezidenti Vladimir Putin, Ağ Ev rəhbəri Donald Trampın “Twitter”də yazdıqlarını oxumur, ancaq hesab edir ki, onun fikirləri dünya üçün vacibdir.

Virtualaz.org bildirir ki, Rusiya lideri bunu Al Arabia, Sky News Arabia və RT Arabic-ə verdiyi müsahibədə müvafiq suala cavab verərkən deyib.

“Mənim özümdə “Twitter” yoxdur. Mən bunu izləmirəm. Ancaq, əlbəttə ki, zaman zaman əməkdaşlarım mənə məlumat verirlər",-deyə Rusiyanın dövlət başçısı bildirib.

Bununla yanaşı, Rusiya lideri vurğulayıb ki, ABŞ Prezidentinin fikri həmişə vacibdir, həmişə çoxları üçün, ümumilikdə dünya üçün vacibdir. "Ancaq özüm onları oxumuram",- deyə V.Putin əlavə edib.

Virtualaz.org

Xəbərlər