294
Rəylər 12 oktyabr — 00:10

Nazarbayev Qazaxıstanda ikihakimiyyətlilik haqda deyilənləri təkzib etdi

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev dövlət başçısı vəzifəsindən istefa verdikdən sonra ölkədə ikihakimiyyətliliyin hökm sürdüyü barədə yayılan şayiələri təkzib edib.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Təxminən 30 il Qazaxıstanın rəhbəri olmuş N.Nazarbayev martın 20-də istefa verdi. Əvvəllər parlament Senatının (yuxarı palata) sədri postunu tutan Kasım-Jomart Tokayev dövlət başçısı oldu. Bir sıra politoloqlar bu fikirdədirlər ki, Tokayev administrasiyası yeganə qərar qəbuletmə mərkəzi deyil və Təhlükəsizlik Şurasının rəhbəri, eləcə də hakim Nur Otan partiyasının lideri postlarını qoruyan Nazarbayevin ofisindən asılıdır.

"Bunun heç bir əsası yoxdur, çünki Qazaxıstan prezident idarəetmə üsuluna malik olan unitar dövlətdir", - deyə N.Nazarbayev cümə günü yerli telekanallardan birinə verdiyi müsahibəsində bildirib.

Qazaxıstanın ilk prezidenti, Tokayevə-o istəyəndə, məsləhət verdiyini təsdiqləyib. "Mən təklif edirəm. Məsləhətləşirsə - məsləhət görürəm, məsləhət istəmirsə – məsləhət vermirəm",-deyə o vurğulayıb.

Virtualaz.org

Xəbərlər