534
Rəylər 10 oktyabr — 17:40

Zahid Oruc: "Nə vaxt Azərbaycanın Rusiya ilə münasibətləri pisləşib, torpaq itirmişik"

"Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı nəzərdə tutulan hədəflərə çatıb. Prezidentin bu çıxışı 2016-cı ilin aprelindəki döyüşlərdə qazandığımız uğur kimi siyasi qələbədir. Tarix göstərir ki, biz son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik. 1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər".

"Report" xəbər ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

Zahid Oruc onu da qeyd edib ki, Prezident İlham Əliyevin Soçidə çıxışından sonra Rusiyadakı azərbaycanlılar aktivləşməli və Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmalıdırlar.

“Ermənistan - Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb. Və əksinə, Azərbaycan - Rusiya münasibətləri son 100 ildə bu qədər yüksək səviyyədə olmayıb”,-deyə Z.Oruc vurğulayıb.

Xəbərlər