554
Rəylər 10 oktyabr — 00:24

Tramp Türkiyənin Suriyadakı əməliyyatlarını qınadı

ABŞ Prezidenti Donald Tramp, Türkiyənin Suriyanın şimalındakı kürdlərə qarşı hərbi əməliyyatını "işğal" adlandırıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Ağ Evin mətbuat xidmətindən verilən məlumata görə, Amerika lideri NATO-ya üzv olan Türkiyənin hərəkətlərini bəyənmədiyini bəyan edib.

Trampın sözlərinə görə, Türkiyənin "Sülh çeşməsi" (Barış bulağı) "pis ideyadır" və dayandırılmalıdır.

“Bu səhər NATO üzvü olan Türkiyə Suriyaya hücum etdi. ABŞ bu hücumu dəstəkləmir və Türkiyəyə bu əməliyyatın pis bir fikir olduğunu bildirir", - deyə o vurğulayıb.

Eyni zamanda, Fox News ABŞ ordusunun kürd qüvvələrinin onlardan kömək istədiyi zaman əməliyyata mane olmamaq barədə əmr aldığını öyrənib.

Xəbərlər