173
Rəylər 16 sentyabr — 21:00

Türkiyənin Vitse-prezidenti: "Beynəlxalq ictimaiyyət Paşinyanın bəyanatına biganə qalmamalıdır"

"Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl Dağlıq Qarabağın Ermənistana aid olması haqqında dediklərini təəccüblə izlədik".

Virtualaz.org-un məlumatına görə, bunu bu gün Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

"Düşünürəm ki, bu tip populist fikirlər danışıqlara mənfi təsir edir. Dünya ictimaiyyəti də bu məsələyə səssiz qalmamalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. 1 milyondan artıq məcburi köçkünün tezliklə torpaqlarına qayıtmasını arzu edirik", - deyə F.Oktay vurğulayıb.

Xəbərlər