194
Rəylər 16 sentyabr — 16:48

Nazirlik təcili yardım maşınının qəzaya uğraması haqda

Səhiyyə Nazirliyi Bərdədə təcili yardım avtomobilinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, rayonun Qaradəmirçi kəndində çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. Baş vermiş qəza ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edən olmayıb.

Xatırladaq ki, hadisə nəticəsində 2 nəfərin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Xəbərlər