174
Rəylər 12 sentyabr — 15:11

Rusiya XİN nüvə müharibəsinin başlaması riski haqda

Mövcud beynəlxalq situasiyada nüvə müharibəsi riski mövcuddur.

Virtualaz.org bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Sergey Ryabkov TASS-ın mətbuat mərkəzində "Yeni Anlaşma və Çoxtərəfli Strateji Sabitliyin Gücləndirilməsi Yolları" adlı məruzənin təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, nəzərəçarpan mənfi dinamika son bir ildə nüvə müharibəsi riskini xüsusilə artırıb.

XİN başçısının müavini söyləyib ki, Qərb daha emosional davranır və aqressivlik nümayiş etdirir: “Onlar aktual mövzuları müzakirə etməkdən çəkinirlər, dialoq kanallarının fəaliyyətinə mane olurlar. Onlar silahlara nəzarətin mexanizmlərini sarsıtmağa davam edirlər”.

S.Ryabkov əlavə edib ki, bu, son dərəcə təhlükəli və məsuliyyətsiz davranışdır.

S.Ryabkov onu da əlavə edib ki, Vaşinqton strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə müqavilənin uzadılmasını əsaslı şəkildə müzakirə etməyə hazır deyil.

Onun sözlərinə görə, nüvə gücləri nüvə müharibəsinin yolverilməzliyini bir daha təsdiqləməlidirlər: “Klassik formulalar var. Yeri gəlmişkən, bunlar indi Vaşinqtonda söz sahibi olan bir çox hazırkı liderlərin özləri üçün büt hesab etdikləri prezident Ronald Reyqanın da iştirakı ilə cilalanıb".

Virtualaz.org

Xəbərlər