334
Rəylər 11 sentyabr — 14:22

Ruhani də Boltonun istefasına reaksiya verdi

ABŞ gərək anlasın ki, militarizm onların maraqlarına uyğun deyil.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefasını şərh edərkən deyib.

“Bu gün düşmən bizə maksimal təzyiq göstərdiyi zamanda yolumuz müqavimətdir. Amerikalılar anlamalıdırlar ki, militarizm onların marağında deyil. Militaristlər getməlidir, onlar qırğı siyasətindən imtina etməlidirlər”, – deyə o bildirib.

Xəbərlər