345
Rəylər 21 avqust — 20:08

Xamenei: Neftdən asan gəlirlər İrana böyük bəladır

 

İran hökuməti ölkənin neft gəlirlərindən asılılığı məsələsini həll etməlidir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Ali dini lideri Əli Xamenei Prezident Həsən Ruhani və hökumət nümayəndələri ilə görüşü zamanı deyib.

O, hazırda mövcud iqtisadi problemlərin həllinin ölkənin neft gəlirlərindən azad edilməsində olduğunu bildirib. Xamenei neft ixracatından gələn gəlirləri yüngül gəlir və böyük bəla adlandırıb. Bildirib ki, bu köhnə problem ölkənin inkişafına zərbə vurub.

Ayətulla əlavə edib ki, qaz və benzin kimi məmulatlardan əlavə gələcəkdə başqa neft məhsulları da istehsal etmək mümkündür.

İranın Ali lideri onu da bildirib ki, qeyri-sanksiya şəraitində də neft bazarına, neftin qiymətinə və satışa çıxarılan neftin həcminə dünyanın böyük istehlakçıları, yəni Qərb ölkələri nəzarət edir.

Xəbərlər