433
Rəylər 14 avqust — 17:34

İran rəsmisi: Türkiyə Urmiyə gölünü xilas edə bilər

İran Ətraf Mühiti Mühafizə Təşkilatının direktoru İsa Kələntəri deyib ki, araşdırmalara görə, Vandan Urmiyə gölünə su kanalının çəkilməsi mümkündür.

Kələntəri Türkiyənin Anadolu xəbər agentiyinin bu barədə sualını cavablandırıb.

"Van gölü Urmiyə gölündən 450 metr yüksəkdir və aralarında olan məsafə 156 kilometrdir. Van gölünün suyunun Urmiyə gölünə köçürülməsi bu gölün qurumasınının qarşısını ala bilər," Kələntəri bildirib.

O həmçinin bildirib ki, Van gölünün dərinliyinin 350 metrə qədər artması, bu göldə yaşayan canlılar üçün təhlükəli ola bilər.

İran rəsmisi elmi araşdırmaların bu layihənin müsbət nəticə verəcəyinə işarə etdiyini söyləyib.

"İki illik araşdırmalara görə, su çəkilişinin kimyəvi cəhətdən heç bir problemi yoxdur. Müzakirələrin davam etdirilməsinə qərar verilib. Əgər razılaşmağa müvəffəq olsaq, beləcə də bir-iki elmi suala cavab tapa bilsək hər il 2 milyard kub metr su Urmiyə gölünə daxil ola bilər. Burda ən önəmli məsələ Van gölünün Urmiyə gölündən yüksəkliyi və suyun iri həmcdə köçürülə bilməsidir," Kələntəri deyib.

Ötən ay İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini Vandan Urmiyə gölünə su köçürülməsinin hələlik araşdırma mərhələsində olduğunu və hələlik konkret əməliyyat proqramının olmadığını söyləmişdi. O, Urmiyə gölünə Araz çayından və Xəzər dənizindən kanal çəkilməsi ilə bağlı layihələrin də nəzərdən keçirildiyini, ancaq bu layihələrin texniki və maliyyə baxımdan mümkün olmadığını bildirmişdi.

2011-ci il avqustun 27-də Urmiyə gölünün təcili xilası ilə bağlı layihənin rədd edilməsinin ardınca Təbriz və Urmiyə şəhərlərində etiraz nümayişləri keçirilmişdi. Polislərin aksiyalara müdaxiləsi nəticəsində onlarla adam yaralanmış və saxlanılmışdı.

Xəbərlər