617
Rəylər 14 avqust — 12:14

Bəlkə bu baş verənlər elə müharibənin özüdür?

İranla müharibənin nə zaman başlanacağı, yaxud belə bir müharibənin olub-olmayacağı ətrafında spekulyasiya anlaşılandır. Ancaq bu fərziyyələrin yeri səhv düşüb. ABŞ və Britaniyanın hərbi gəmilərini Körfəzə yerləşdirməsinə baxmayaraq, hazırkı münaqişə ənənəvi silahlı münaqişə astanasından aşağı, ancaq ədavətli rəqabətdən yuxarı səviyyədə aparılır. Bu güclənə də bilər, amma ola da bilsin ki, indi gördüyümüz elə müharibənin özüdür, “astana müharibəsidir”.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun portalında Con Rayn yazır ki, astana müharibələri məsafədən aparılır. Düşmən hərəkətləri suveren ərazidən kənar tutulur, baxmayaraq ki, İran artıq ABŞ-ın regiondakı müttəfiqləri və maraqlarına proksilərə vasitəsilə olsa da, artıq hücum edib. Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı kimi müttəfiqi üzərinə də hücum təşkil olunub və hər iki tərəf dronlardan, iranlılar raketlərdən istifadə ediblər. ABŞ kiber gücünü də məsafədən istifadə edir.

Müəllif yazır ki, qırmızı xətt keçilərsə, bu, başqa bir münaqişəyə keçid, İranın suveren ərazisinə birbaşa hücum olar. İranlılar isə buna birbaşa, daha dağıdıcı yolla cavab verə bilərlər.

“Astana müharibəsi asimmetrikdir. Hər iki tərəfin üstünlüyü atəşin gücündə deyil, qabiliyyətlərinin nüfuzedici və dağıdıcı təsirindədir. İran atəş məsələsində ABŞ və müttəfiqləri ilə müqayisədə bərabər düşmən deyil, ancaq strateji üstünlüyə malik olduğu texniki üsullar və səhnələrdən yararlanır. Coğrafi baxımdan Yəməndən istifadə olunur, gəmilərə hücumları təkzib edir, ABŞ-ın şübhəli casusları saxlanır. Beynəlxalq hüququ, yaxud ölkəiçi rəyi vecinə almayan Tehran rejimi bu texnika ABŞ üzərində üstünlüyə malikdir. Bu, hesabı bərabərləşdirir və durumun çıxılmazlığını gücləndirir”, – məqalədə deyilir.

Müəllif astana müharibəsinin hər iki tərəf üçün xərclərinin, itkilərinin az olduğunu yazır. Burda incə məqam odur ki, hər iki tərəf müharibədən deyil, bu ədavətdən ölkədə siyasi fayda götürdüyündən, astana müharibəsi davam edə bilər. İran bununla dirəniş göstərdiyini, ABŞ administrasiyası isə İranı təcrid etməyə, ona ziyan vurmağa çalışdığını bəyan edir. Qısası, qütbləşməyə kömək edir.

Virtualaz.org

Xəbərlər