778
Rəylər 17 iyul — 11:28

Zelenskiyə Krımı satın almaq təklif olundu

Ukraynalılar Prezident Vladimir Zelenskiyə Krım və Donbası Rusiyadan satın almağı təklif ediblər.

Müvafiq petisiya dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Təşəbbüsün müəllifi Zelenskiyə bu bölgələr üçün Moskva ilə qiyməti müzakirə etməyi təklif edib. O bildirib ki, ukraynalılar prezidentdən cəsarətli qərar gözləyirlər. Bundan əlavə qeyd edib ki, Zelenski Krım və Donbasın geri qaytarılması üçün bu üsulu görməzlikdən gəlməsin.

“Qafqazinfo” xatırladır ki, Krım, eləcə də Donbasla Luqansk 2014-cü ildə Kiyevdə hakimiyyət dəyişikliyindən sonra Ukraynanın tərkibindən çıxıb. Bundan sonra Donbasda indiyə qədər davam edən münaqişə başlayıb. Yarımada referendum əsasında Rusiyanın bir hissəsi olub. Rəsmi Kiyev bu ərazilərin statusunu tanımır və hesab edir ki, Moskva baş verən hadisələrə görə məsuliyyət daşıyır. Rusiya tərəfi isə ittihamları qəbul etmir.

Xəbərlər