310
Rəylər 12 iyul — 17:42

NATO Türkiyənin C-400 alması haqda

“Türkiyənin S-400 zenit- raket kompleksləri alma qərarının doğuracağı nəticələrə görə narahatıq”.

Bu barədə CNN-ə adı açıqlanmayan NATO rəsmisi bildirib.

O qeyd edib ki, məlum hadisəyə dair qərarı müttəfiqlər verəcək: “Türkiyənin bu qərarına görə narahatıq. Adı çəkilən silah müttəfiqlərin sistemləri ilə uyğunlaşmır. Türkiyənin S-400 zenit -raket kompleksləri alma qərarının doğuracağı nəticələrə görə də narahatıq. Çünki NATO-nun tapşırıq və əməliyyatlarının həyata keçirilməsindəki əsas məsələ üzv ölkələrin silahlı qüvvələrinin birlikdə hərəkət edə bilməsidir”.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınan S-400 zenit- raket komplekslərinin ilk hissələrinin artıq ölkədə olduğunu açıqlayıb.

Xəbərlər