417
Rəylər 11 iyul — 14:30

“Başıma belə fikir gəldi: SSRİ-nin dağılması böyük xoşbəxtlik idi, o cümlədən ruslar üçün...”

Avropa İttifaqı Şurasının sədri Donald Tusk SSRİ-nin dağılmasını ittifaqa daxil olmuş xalqlar və ümumən Avropa üçün “böyük xoşbəxtlik” adlandırıb.

Virtualaz.org xəbər verir ki, Donald Tusk bu haqda Bakıdan və Yerevandan sonra səfər etdiyi Tbilisidə danışıb. Habelə SSRİ-nin dağılması haqda fikirlərini özünün Twitter bloqunda bölüşüb. Onun sözlərini “Azadlıq” radiosu sitat gətirir.

Tusk xatırladıb ki, 2019-cu ildə Mərkəzi və Şərqi Avropanın sovet dominantlığından azad olmasının 30 illiyi tamam olur.

“Budur, mənim başıma belə fikir gəldi. Siz xatırlayırsınızmı, Rusiya prezidenti 2005-ci ildə necə demişdi: “Biz etiraf etməliyik ki, Sovet İttifaqının dağılması əsrin ən böyük geosiyasi fəlakəti idi”. Bu gün Gürcüstanda mən yüksəkdən və aydın şəkildə demək istəyirəm: Sovet İttifaqının dağılması gürcülər, polyaklar, ukraynalılar, bütün Mərkəzi və Şərqi Avropa üçün böyük xoşbəxtlik idi. Və mən əminəm ki, o cümlədən də ruslar üçün”,-Tusk bildirib.

Virtualaz.org

Xəbərlər