247
Rəylər 10 iyul — 13:45

Çempionlar Liqası: “Qarabağ” mübarizəyə başlayır

Ağdamın “Qarabağ” futbol klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.

Virtualaz.org bildirir ki, “Qarabağ” 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.

Oyun islandiyalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Holvardur Arnasona Yohann Qunnar Qudmundsson və Andri Viqfüsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Petur Qudmundsson yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. “Qarabağ” “Partizani” matçı “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Onu da qeyd edək ki, bu komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək. Ağdam təmsilçisi “Partizani”ni üstələyəcəyi təqdirdə, II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) / “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Amma Albaniya çempionunu üstələyə bilməsə, Avropa Liqasının II təsnifat mərhələsində “Şerif” (Moldova) / “Saburtalo” (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Xəbərlər