256
Rəylər 19 iyun — 21:24

Ərdoğan Mursinin ölümündə Misir hakimiyyətini suçladı

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında tibbi yardım göstərilmədiyi üçün ölüb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, M.Mursi 20 dəqiqə məhkəmə zalında çabalayıb:

“Səlahiyyətli şəxslər isə vəziyyətə müdaxilə etməyib. Mursi təbii ölümlə ölməyib, o öldürülüb. Türkiyə bu məsələni izləyəcək”.

R.T.Ərdoğan vəd edib ki, Misir hökumətinin beynəlxalq tribunal qarşısında cavab verməsi üçün əlindən gələni edəcək.

Xəbərlər