359
Rəylər 11 iyun — 23:11

Yurçeviç azarkeşlərdən üzr istədi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç "AVRO-2020"nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Virtualaz.org bildirir ki, Yurçeviç oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, 1:5 hesablı məğlubiyyət utancverici nəticədir.

"Bəli, utancvericidir. Slovakiyanın oyunçuları Avropanın aparıcı klublarında çıxış edir. Onlara qalib gəlmək üçün xüsusi günlərindən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi belə, Malta önündə çətinlik çəkmişdi. Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdülər. Əlimizdən gələni etməliyik ki, onlara qarşı mübarizə apara bilək", - Yurçeviç deyib.

Baş məşqçi növbəti oyunlarda millinin daha yaxşı oynayacağına, böyükhesablı məğlubiyyətlə üzləşməyəcəyinə ümid etdiyini vurğulayıb.

Xəbərlər