178
Rəylər 11 iyun — 19:05

Rusiya prezidentinin köməkçisi “S-400”ün Türkiyəyə tədarükü haqda

“Türkiyə ilə Rusiya arasında “S-400” Zenit-Raket Kompleksinin tədarükü müqavilədə nəzərdə tutulmuş vaxtda reallaşacaq”.

RİA “Novosti” xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, müqavilənin həyata keçirilməsi üçün heç bir problem yoxdur.

Y.Uşakov deyib ki, “S-400” kompleksi planlaşdırıldığı kimi iyulda Türkiyəyə təhvil veriləcək.

Xəbərlər