449
Rəylər 24 may — 00:35

Tramp sabiq dövlət katibini "daş kimi küt" adlandırdı

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların keçmiş dövlət katibi Reks Tillersonu "daş kimi küt" adlandırıb.

Virtualaz.org bildirir ki, bu barədə o özünün "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, Reks Tillerson daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin 2017-ci ildə G20 zirvəsi çərçivəsində həmkarı Donald Trampla keçirilən görüşə daha yaxşı hazırlaşdığını bildirmişdi.

Tillersonun sözlərinə görə, Putin görüş zamanı Trampı “əlverişsiz vəziyyətə” salıb. ABŞ tərəfi qısa danışıqlar olacağını gözləsə də, liderlər qlobal geosiyasi məsələlərin müzakirəsini 2 saat uzadıblar.

“Hazırlıqlardakı fərq qeyri-bərabər şərtlərin yaranmasına gətirib çıxardı”, - deyə Tillerson bildirmişdi.

Qeyd edilir ki, Tramp Reks Tillersonu məhz bu fikirlərindən sonra tənqid edib.

ABŞ Prezidenti qeyd edib ki, keçmiş əməkdaşının fikirləri ilə qəti razılaşmır: "Baxın, ABŞ-da işlər necə gedir!".

Xəbərlər