326
Rəylər 23 may — 21:51

Levan İzoria: “Gürcüstanda ABŞ hərbi bazasının olmasını alqışlayıram”

Gürcüstan ilə ABŞ arasında münasibətlər çox yüksək səviyyədədir. Biz hərbi sahədə də səmərəli əməkdaşlıq edirik. Bu baxımdan mən gələcəkdə Gürcüstanda ABŞ hərbi bazalarının olmasını alqışlayıram. Bunu Gürcüstanın müdafiə naziri Levan İzoria mətbuata açıqlamasında söyləyib.

Nazir Prezident Salome Zurabaşvilinin ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı fikrini şərh etməyib. O, jurnalistin bununla lağlı sualına cavab verməkdən imtina edib.

Gürcüstanın Müdafiə naziri ölkəsinin ABŞ ilə hərbi sahədə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, bu ilin sonunda Gürcüstan ilə ABŞ arasında imzalanacaq çərçivə sazişi hərbi əməkdaşlığı daha da dərinləşdirilməsində mühüm rol oynayacaq. (AzerTAc)

Xəbərlər