511
Rəylər 19 may — 13:00

İsraildə “Eurovision”a etiraz

Qüdsdə ortodoksal yəhudilər “Eurovision” müsabiqəsinin şabbatda keçirilməsinə etiraz ediblər.

Virtualaz.org The Times of Israel nəşrinə istinadən bildirir ki, etirazçılar küçələrin birini bağlayıblar və polislərə hücum ediblər.

Ortodoksal yəhudilər hesab edirlər ki, “Eurovision” yəhudi bayramını təhqir edib.

Amerika pop-ulduzu Madonna və İslandiyanın "Hatari" qrupu isə "Eurovision"un Tel-Əvivdə keçirilən finalında Fələstin bayrağı nümayiş etdiriblər.

Belə ki, müsabiqədənkənar proqramla çıxış edən Madonnanın nömrəsində kürəyində İsrail və Fələstin bayraqlarının əks olunduğu iki rəqqas əl-ələ tutaraq qucaqlaşıblar.

Finalda 10-cu yeri tutan islandiyalılar birbaşa televiziya efirində nəticələri elan olunan zaman üzərində "Palestine" yazılmış və Fələstin bayrağı rənglərinin əks olunduğu ən azı iki şərf nümayiş etdiriblər. Sonradan onlar müsabiqə təşkilatçılarının qadağan olunmuş atributu qrup üzvlərinin əlindən almalarını əks etdirən fideoçarx paylaşıblar.

"Biz hər şeyə rəğmən səhnədən siyasi platforma kimi istifadə edirik. Hərdən qaydalara riayət etmək lazım gəlir. Lakin işğala son qoyulmalıdır, İsrail məsuliyyət daşımalıdır", - deyə "Hatari" qrupunun üzvləri bildiriblər.

Xəbərlər