312
Rəylər 15 may — 14:33

Peskov: “Putin, ümumiyyətlə, televizora baxmır”

Bu günlərdə Rusiyada keçirilmiş sorğu nəticəsində məlum olub ki, ölkə sakinlərinin 70%-i heç vaxt “Taxt oyunu” (Game of Thrones) serialına baxmayıblar.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, jurnalistlər bu sorğunun nəticələrinin elan edilməsindən sonra dövlət başçısı Vladimir Putinin həmin seriala münasibətini öyrənmək istəyiblər.

Cavab olaraq, prezidentin mətbuat katibi Dmitri Peskov deyib: “Prezident prinsip etibarilə televizora baxmır, yeganə istisna xəbərlərdir. Sadəcə olaraq, buna vaxtı olmur”.

Xəbərlər