297
Rəylər 25 aprel — 15:38

Məleykə Abbaszadə qabiliyyət imtahanlarındakı dəyişikliklər haqda

“Qabiliyyət imtahanlarının şərtlərində edilən dəyişikliklər xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbulda müsabiqə vəziyyətinin yüksəldilməsinə, yəni öz ərizələrində həmin ixtisasları göstərənlərin sayının artmasına müsbət təsir göstərəcək”.

Virtualaz.org bildirir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Xüsusi qabiliyyət imtahanları” jurnalına yazdığı ön sözündə qeyd edib.

O bildirib ki, bu, seçimin keyfiyyətinin artmasının ən mühüm amilidir: “Nəzərə almaq lazımdır ki, daha layiqli, daha bilikli və daha istedadlıların seçilməsi yalnız müsabiqə vəziyyəti yüksək, seçim imkanları geniş olduğu halda mümkündür”.

M.Abbaszadə vurğulayıb ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə seçimi ali təhsil müəssisələrinin qəbul işinin tərkib hissəsidir: “Dövlət İmtahan Mərkəzi bu ixtisasları seçən abituriyentlərə səmərəli elmi-metodik kömək göstərilməsini, qabiliyyət imtahanlarının keçirilməsi qaydalarının təkmilləşdirilməsini həmişə diqqət mərkəzində saxlayır. Abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında (cari ilin məzunları isə buraxılış imtahanında) iştirak edərək həmin qrupa aid xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, II, və ya IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilərlər”.

Qeyd edək ki, DİM 2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edib.

Xəbərlər