291
Rəylər 24 aprel — 17:02

Xamneyi: “Sanksiyalara baxmayaraq neft ixracını davam etdirəcəyik”

İran tələb olunduğu qədər neft ixrac etməyə davam edəcək. Bunu İranın ali lideri Əli Xamneyi öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, ABŞ İranın neft satışlarını boykot etmək cəhdləri heç nəyə gətirib çıxarmayacaq.

Ə.Xamneyi vurğulayıb ki, ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq:

“Onlar ümid edir ki, İran neftin satışını dayandıra bilib. Amma bizim güclü xalqımız və hökumətimiz səylə işləsələr, blokadanı yarmaq olar”.

Xəbərlər