283
Rəylər 15 aprel — 17:17

ABŞ rəsmisi Qarabağ münaqişəsi və tərəflərin dialoqu haqda

ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş tərəflər arasındakı görüşləri alqışlayır.

Bunu ABŞ Dövlət katibinin Narkotik Vasitələrin Beynəlxalq Dövriyyəsi ilə Mübarizə və Hüquq-mühafizə Fəaliyyəti üzrə Bürodakı köməkçisinin müavini Riçard Qlenn deyib.

"Həmsədr ölkə olaraq bu gün Moskvada keçirilən görüş kimi görüşləri və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş dialoq və kontaktları alqışlayırıq", - ABŞ Dövlət katibinin köməkçisinin müavini bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda narkotiklərin qanunsuz dövriyyəsi məsələsinə münasibət bildirən R.Qlenn vurğulayıb ki, ABŞ mənbəyindən asılı olmayaraq, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasının tərəfdarıdır.

Xəbərlər