369
Rəylər 15 mart — 21:40

Tramp məscidlərə terror hücumunu pislədi

ABŞ prezidenti Donald Tramp Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Əl-Nor və Linvud məscidlərinə edilən və 49 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu qınayaraq, baş verənləri “dəhşətli qırğın” və “nifrətin qəddar aktı” adlandırıb.

“Reuters” xəbər verir ki, bu barədə Tramp özünün Tvitter səhifəsində yazıb.

“Məscidlərdəki dəhşətli qırğınla əlaqədar yeni Zelandiya xalqına ən səmimi başsağlığımı və xoş arzularımı çatdırıram. 49 günahsız insan mənasız yerə öldürüldü, çox sayda insan ağır yaralandı. Bu kədərində ABŞ Yeni Zelandiyanın yanındadır və bacardığımız dəstəyi göstərməyə hazırıq” – Tramp bildirib.

Xəbərlər