590
Rəylər 15 mart — 16:17

Rusiya azərbaycanlılara müraciət etdi: Sizi Ermənistana buraxmırlarsa, bizə deyin!

Moskva indiyədək Bakıdan Rusiya XİN-in erməni əsilli rusiyalılar barədə bəyanatlarına cavab almayıb.

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün növbəti brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Xatırladaq ki. Rusiya Xarici İşlər Nazirliyi martın 12-də “erməni millətinə dolayı, yaxud birbaşa aidiyyat əlamətləri olan” rusiyalılara müraciət etmişdi ki, Azərbaycana səfərlər planlaşdırarkən riskləri ətraflı götür-qoy etsinlər.

“O ki qaldı məsləhətləşmələrə, Rusiya tərəfindən yaranmış vəziyyətlə bağlı narahatlıq dəfələrlə azərbaycanlı həmkarlarımızın diqqətinə çatdırılıb. Təəssüf ki. cavab verilməyib”, - Zaxarova qeyd edib.

Rusiya XİN rəsmi nümayəndəsinin sözlərinə görə, rəsmi cavab verilməsə də, Azərbaycandan qeyri-rəsmi reaksiyalar var.

“Mən mətbuatda şərhlərə və müsahibəyə rast gəlmişəm ki. guya Azərbaycan köklərinə malik rusiyalılar da analoji problemlərlə üzləşirlər. Şəxsən məşhur adamlardan birinin (Rövşən Əsgərovun müsahibəsi nəzərdə tutulur – red.) müsahibəsini oxudum və çox təəccübləndim. Əgər belə faktlar varsa – yeri gəlmişkən, həmin müsahibədə irad var idi ki, nəyə görə Rusiya XİN bu hallarla maraqlanmır, əgər belə hallar varsa, bizim bunlardan xəbərimiz yoxdur. Xahiş edirik ki, bu cür hallar barədə bizə məlumat verilsin. Biz regiondan və ölkədən asılı olmayaraq reaksiya veririk. Biz konkret hallara reaksiya veririk”, - Zaxarova bildirib.

Xəbərlər