483
Rəylər 12 fevral — 14:19

İrma İnaşvili: “Məni baş prokuror qoyun, Saakaşvilini bir həftəyə tutub gətirim”

Gürcü xalqı Vahid Milli Hərəkat Partiyasını və Mixail Saakaşvilini dəstəkləmir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili deyib.

Onun sözlərinə görə, bütün məsul idarələr Saakaşvilinin ölkəyə gətirilməsi ilə məşğul olmalıdır: “Mənə maraqlıdır ki, niyə prokurorluq hərəkətə keçmir və niyə beynəlxalq təşkilatlarla Mixail Saakaşvilinin saxlanılması istiqamətində çalışmır? Bizim güc strukturlarımızın hərəkətə keçmək və onu Gürcüstana gətirmək zamanı çatıb. Məni baş prokuror təyin edin və söz verirəm ki, bir həftəyə Saakaşvilini ələ keçirəcəyəm. Bu, mənim “Gürcü Arzusu”na təklifimdir”.

Xəbərlər