1345
Rəylər 9 fevral — 18:13

Paşinyanın Dağlıq Qarabağı danışıqlara qoşmaq cəhdi?

Erməni tərəfinin Dağlıq Qarabağı danışıqlara qoşmaq səyləri praktiki olaraq baş tutan iş deyil. Virtualaz.org xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan jurnalistlərə deyib.

Sərkisyan qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın da iştirak edəcəyi danışıqları sadəcə olaraq aparmayacaq, belə danışıqlardan imtina edəcək.

“Amma başa düşmək lazımdır ki, Qarabağ əslində danışıqlar prosesinə cəlb olunub. Bu mənadakı həmsədrlərin regiona səfərləri həmişə Qarabağa baş çəkməklə və “dqr” rəhbərliyi ilə görüşlərlə müşaiyət olunur”-o bildirib.

Erməni ekspert qeyd edib ki, danışıqlar prosesi ancaq Minsk Qrupu formatında aparılmalıdır. “Hazırda danışıqları ancaq Azərbaycan və Ermənistan XİN rəhbərləri aparır, onlar mahiyyətcə liderlərin danışıqlarının bərpa edilməsinə hazırlıq görürlər. Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin qeyri-formal görüşləri Minsk Qrupu formatından kənarda baş verir, ona görə də həmin görüşləri danışıqlar prosesinin tərkib hissəsi saymaq olmaz”-Sərkisyan qeyd edib.

Dağlıq Qarabağın danışıqlar prosesində iştirak etməli olduğunu Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən bu yana tez-tez təkrarlayır. Paşinyan bunu belə primitiv arqumentlə əsaslandırır ki, Dağlıq Qarabağ erməniləri ona səs verməyiblər və seçməyiblər. Nəticədə Ermənistanın baş naziri kimi ancaq Ermənistanın adından danışa bilər.

Azərbaycan tərəfi bu arqumenti və Dağlıq Qarabağın erməni separatçılarının danışıqlarda tərəf kimi iştirakını rədd edir.

Virtualaz.org

Xəbərlər