444
Rəylər 3 fevral — 15:26

Ukraynanın erməni naziri söz verdi

Ukraynanın hüquq-mühafizə orqanları qarşıdan gələn prezident seçkilərində yeni Maydan hadisələrinə icazə verməyəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov deyib.

“Namizədlər başa düşməlidir ki, öz mübarizələrində dövlətçiliyə zərbə vurmamalıdırlar. Həmçinin dövlət qulluqçuları da bunu aydın şəkildə başa düşməlidir. Mənə deyirlər ki, “əgər finalda Poroşenko və Timoşenko olsa və Poroşenko qalib gəlsə, o zaman Timoşenko Maydan həyata keçirəcək”. Əksini də deyirlər. Mən isə bu cür fantaziyaçılara demək istəyirəm ki, bu cür ssenarilərin yaşanacağı halda dövlətimiz böyük risklə qarşı-qarşıya qalacaq”, - Avakov bildirib.

Xəbərlər