196
Rəylər 11 yanvar — 11:48

İsrail Xorvatiyaya F -16 qırıcıları sata bilməyəcək

İsrail rəsmi şəkildə Xorvatiyaya F-16 qırıcılarını verə bilməyəcəyini bəyan edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Xorvatiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, İsrail F-16 təyyarələrini ABŞ-ın mövqeyi ucbatından Zaqrebə sata bilməyib.

Qeyd edək ki, bundan öncə Xorvatiya ordusunun qırıcılarla təminatı üçün müsabiqə keçirib. Müsabiqənin əsas iştirakçıları Yunanıstan, İsrail, İsveç və ABŞ olub. Bu müsabiqə sayəsində İsrail və ABŞ Xorvatiyaya F-16-ların tədarükündə əsas rəqabət aparan tərəflər olublar. Nəticədə müsabiqəni İsrail qazanıb.

İsrailin təklifinə əsasən, Zaqrebə 12 ədəd modernizə edilmiş F-16 Barak təyyarələri verilməli idi.

Xəbərlər