640
Rəylər 5 dekabr — 16:08

Putin Ukrayna prezidentinin zənglərinə niyə cavab vermir?

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenkonun telefon zənglərinə niyə cavab verməməsinin səbəbini açıqlayıb. Rusiya liderinin sözlərinə görə, o, Poroşenkonun seçki kampaniyasında iştirak etmək fikrində deyil.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki. Putin bununla bağlı deyib: “İş onda deyil ki, mən Pyotr Alekseyeviçlə danışmaqdan yayınıram, iş bunda deyil. Məsələ burasındadır ki, mən onun seçki kampaniyasında iştiraj etmək istəmirəm”.

Vladimir Putin əlavə edib ki, Pyotr Poroşenko “özü təxribat yaradır və sonra məsuliyyəti Rusiyanın üzərinə ataraq, görüntü yaratmağa çalışır ki, yaranmış problemləri uğurla həll edir”. Purin bildirib ki, bu cür “sadə kombinasiyalar”da iştirak etməyəcək.

Xəbərlər