1176
Rəylər 10 oktyabr — 17:50

Lukaşenko Belarusun Rusiyanın tərkibinə qatılması haqda

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın bu ölkədəki yeni səfiri Mixail Babiç ilə görüşüb və ikitərəfli münasibətləri müzakirə edib.

Bununla bağlı BELTA agentliyi məlumat yayıb.

“Bilirsiniz ki, biz müstəqil və suveren dövlətik. Əgər açıq desək, bunu təkcə xalqımızın göstərdiyi səylərlə əldə etməmişik. Rusiyanın ovaxtkı rəhbərliyi də bunu istəyib. İndiki rəhbərlik də həmin kursu davam etdirir.

XXI əsrdə Belarusun Rusiyanın tərkibinə qatılması ilə bağlı danışmaq gülməlidir. Və mən bir dəfə də olsun, bunu Rusiya prezidentindən eşitməmişəm”, - Lukaşenko bildirib.

O əlavə edib ki, Belarus xalqı Rusiyaya yaxın tərəfdaş kimi baxır.

Xəbərlər