574
Rəylər 10 oktyabr — 13:49

Sergey Lebedev: “Əliyevlə Paşinyanın görüşündən sonra Qarabağda gərginlik azalıb”

Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçıları Şurasının iclası zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş Dağlıq Qarabağda gərginliyi azaldıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu Minskdə jurnalistlərə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

“Mən özüm görmüşəm ki, Azərbaycan prezidenti və Ermənistanın baş naziri bir-birinə yaxınlaşaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə ediblər. Nəticələr göz qabağındadır - indi münaqişə regionunda gərginlik aşağı düşüb. Biz çox ümid edirik ki, bu mənada iki dövlət liderlərinin görüşləri davam etdiriləcək və bu da münaqişənin həlli üçün müsbət nəticələr verəcək”, - deyə S.Lebedev vurğulayıb.

Xəbərlər