1675
Rəylər 9 avqust — 20:52

ABŞ Türkiyə ilə razılaşmadı

ABŞ ilə Türkiyə arasında yaranan siyasi-diplomatik böhrandan sonra Ankaranın Vaşinqtona göndərdiyi 9 nəfərlik diplomatik heyət ölkəsinə əliboş dönəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ-ın Xarici İşlər və Maliyyə nazirlikləri nümayəndələrinin Türkiyə heyəti ilə görüşlərində müsbət nəticə alınmayıb.

“Vall Strit Jurnalı” qəzeti ABŞ-ın iki ilə yaxındır Türkiyədə casusluq ittihamları ilə həbsdə yatan rahib Endryu Bransonun sərbəst qalmasına dair qarşı tərəfdən müsabət rəy almadıqlarını yazıb. Görüşlərdən müsbət nəticənin əldə edilməməsi böhranı dərinləşdirə və ABŞ-ın yeni sanksiyalara əl atmasına səbəb ola bilər.

Görüşlərin nəticəsiz başa çatmasının xəbəri çıxan kimi Türkiyə Lirəsinin ABŞ dolları qarşısındakı dəyəri 5,44-ə çıxıb.

Müzakirələrə bağlı ilk və bu ana qədərki tək rəsmi açıqlama isə ABŞ-dan gəlib. ABŞ Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində verilən açıqlamada görüşlərdə bir sıra məsələlərin müzakirə edildiyi və müzakirələrin davam etdiyi bildirilib.

Qeyd edək ki, ABŞ ötən həftə sözügedən həbsdə fəal iştirak etməkdə ittiham etdiyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə maliyyə sanskiyası tətbiq etmişdi.

Xəbərlər