2475
Rəylər 14 iyun — 12:03

“Azərbaycan müharibəyə hazırlaşır. Bax onlar həm də bu cür hazırlaşır...”

İstənilən yeni tip silahın alınması Cənubi Qafqazda hərbi balansı pozur. Bunu erməni KİV-lərinə açıqlamasında rusiyalı hərbi ekspert, siyasi və hərbi analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixin Azərbaycanın Belarusdan “Polonez” raket kompleksləri, İsraildən isə LORA yüksək dəqiqlikli operativ-taktiki raketlərini almasını şərh edərkən deyib.

Ekspert qeyd edir ki, Azərbaycanın “Polonez” komplekslərini əldə etməsi müəyyən dərəcədə regionda balansı pozub. “Azərbaycan müharibəyə hazırlaşır. Bax onlar həm də bu cür hazırlaşır”-Xramçixin yeni raket komplekslərinə işarə ilə bildirib.

Rusiyalı ekspertə görə Azərbaycan hərbi imkanlarını durmadan artırır. “Konkret olaraq bu sistem necə istifadə olunacaq, bu taktik və strateji situasiyadan asılıdır. Hər şey müharibənin gedişindən asılıdır”- deyib.

Xramçixin qeyd edib ki, taktiki-texniki göstəricilərinə görə Ermənistan ordusunun silahlanmasında olan “İsgəndər-E” raketləri daha üstün ola bilər. Amma “Polonez” daha çox döyüş komplekti daşıdığı üçün daha çox sayda raketi hədəfə çatdıra bilər. Bu da kompleksin yüksək məhsuldarlığı deməkdir.

Xramçixin deyib ki, Qarabağda müharibə qaçılmazdır, nə vaxt başlamasından asılı olmayaraq bu müharibə hökmən olacaq. Çünki tərəflərin mövqeləri heç cür uzlaşmır və belə vəziyyətdə güc tətbiq etmədən münaqişənin həllini təsəvvür etmək fövqəladə çətindir.

“Azərbaycan hərbi əməliyyatları başlatmaqda maraqlıdır və həm canlı qüvvədə, həm texnikada əhəmiyyətli üstünlüyə malik olduğu üçün bu addıma gedə bilər. Əgər müharibənin qaçılmazlığından danışırıqsa nə qədər tez başlasa Ermənisan üçün o qədər yaxşıdır, çünki Bakı Yerevana nisbətən daha sürətlə qüvvə cəmləyir”-Xramçixin deyib.

Virtualaz.org

Xəbərlər