523
Rəylər 16 aprel — 14:53

Ərdoğan: "Beynəlxalq kreditlər qızılla verilməlidir"

“Beynəlxalq Valyuta Fondunun rəhbərliyinə dedim ki, sizə faizi ödəyərik, bu sizin təbii haqqınızdır, ancaq siyasətə qarışa bilməzsiniz”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə sahibkarlarının qurultayında bildirib.

Onun sözlərinə görə, həmin danışıqlardan sonra BVF rəsmi Ankaradan 5 milyard avro kredit istəyib: “Həmin krediti verməyə hazır olduğumuzu bildirdik. Amma onlar sonradan bundan imtina etdilər. Hazırda bizim BVF-yə borcumuz yoxdur. Onlar öz yolu ilə, biz öz yolumuzla gedirik. Kreditin qızılla verilməsini təklif edirik. Biz bu yolla dolların kursu ilə bağlı təzyiqdən qurutulmalıyıq. Kreditlər qızılla verilsə heç vaxt kimsə başqa ölkələrə kurs təziyiqi edə bilməz”.

R.T.Ərdoğan vurğulayıb ki, Suriyadan qaçaraq Türkiyəyə sığınan qaçqınlara indiyə qədər 31 milyard dollar xərcləyiblər: “Avropa İttifaqı 3+3 formulu ilə bu məqsədlə indiyədək Türkiyəyə 1 milyard 850 milyon avro maliyyə yardımı edib. Ancaq onlar yardım köçürsələr də, köçürməsələr də biz o qaçqınları evimizdə qonaq olaraq saxlayacağıq”.

Xəbərlər