84
Ölkə 14 Yanvar 2022, 20:36

Astara sakinindən tüfəng götürüldü

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini Z.Cəfərovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Silah aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Astara RPŞ-də müvafiq araşdırma aparılır.

Xəbərlər