354
Ölkə 1 Dekabr 2021, 10:58

Azərbaycanlıların mahnısı Rusiyada birinciliyi qazandı

“Apple Music”in Musiqi xidməti Rusiyada 2021-ci ilin ən populyar mahnısını açıqlayıb. “Apple Music”in Mətbuat xidmətinin yaydığı məlumata görə, ilin ən populyar mahnısı əslən azərbaycanlı olan HammAli & Navai-nin (Aleksandr Əliyev və Nəvai Bəkirov) “Ptiçka”sı olub. 

Rusiyada ən populyar mahnıların ilk beşliyində, həmçinin “Snova ya napivayus” (SLAVA MARLOW), “Venera-Yupiter” (Vanya Dmitriyenko), “Siyay” (Ramil) və “Astronaut In The Ocean” (Masked Wolf) yer alıblar. 

Xəbərlər