123
Ölkə 26 Noyabr 2021, 00:42

Biləsuvar sakinini Salyanda “Mercedes” vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yerli KİV-lər xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad sakininin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən Biləsuvar sakinini vuraraq öldürüb.

Ölən şəxsin kimliyi haqqında əlavə məlumat veriləcək.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Xəbərlər