296
Ölkə 25 Noyabr 2021, 22:13

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb. Faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin fevral ayından isə həmin xəstəxananın baş həkimi vəzifəsini icra edən kimi fəaliyyət göstərib.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır.

(Apa.az)

Xəbərlər