152
Ölkə 25 Noyabr 2021, 12:51

Salyanda motosiklet aşdı: 5 yaşlı qız həlak oldu

Salyanda motosiklet aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 24-də saat 17 radələrində Salyan rayonunun Cəngən kəndi ərazisində kənd sakini Salmanov idarə etdiyi “Muravey” markalı motosikleti aşırıb və nəticədə sərnişini olan 5 yaşlı qızı hadisə yerində ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparır.

Xəbərlər