204
Ölkə 24 Oktyabr 2021, 21:29

16 yaşlı Sadıqov mübahisə zamanı bıcaqlandı

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub. Hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü S.Sadıqov mübahisə zəminində kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. S.Sadıqovu bıçaqlamaqda K.Musayev şübhəli bilinir. Qeyd edək ki, o da gəncdir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərlər