140
Ölkə 24 Oktyabr 2021, 19:58

Metroda koronavirus xəstəsi saxlanıldı

"Avtovağzal" metrostansiyasında aktiv koronavirus xəstəsi, 1982-ci il təvəllüdlü Eldam Hüseynov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

Xəbərlər