262
Ölkə 24 Oktyabr 2021, 16:15

Azərbaycanlı alim-bioloq vəfat etdi

Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xəlil Qasımov vəfat edib.

Qasımov, 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xəlil Məmmədəli oğlu Qasımov 28 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. Vəfat edənədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri vəzifəsində çalışırdı.

Xəbərlər