125
Ölkə 13 Oktyabr 2021, 20:50

Yasamalda mənzildə yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Xəbərlər