335
Ölkə 13 Oktyabr 2021, 17:45

Əliyev və Ərdoğan noyabrın 8-də Füzuli aeroportunun açılışını edəcəklər

Noyabrın 8 -də Şuşa şəhərinin erməni işğalından azad edilməsinin ilk ildönümündə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyıb Ərdoğan yeni Füzuli hava limanının açılış mərasimində iştirak edəcəklər. Bu barədə Habertürk kanalı məlumat yayıb.

Füzuli hava limanında ilk uçuşlar 2021-ci ilin 5 sentyabr tarixində başlayıb.

Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3 min, eni 60 metr olan uçuş-enmə zolağı istifadəyə verilmişdir. Uçuş-enmə zolağı ICAO tələblərinə uyğun olaraq uçuş təhlükəsizliyini təmin etmək üçün cihaz enmə və naviqasiya sistemləri, işıqlandırma, radar sistemləri ilə tam təchiz olunmuşdur. Bu, hava limanına istənilən növ təyyarələri qəbul etməyə imkan verəcək.

virtualaz.org

Xəbərlər