426
Ölkə 28 Sentyabr 2021, 16:41

Azərbaycanda koronavirus: gündəlik yoluxma sayı azalmaqda davam edir

Azərbaycanda koronavirus infeksiyasına 885 yeni yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 482 286 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 455 082 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib, aktiv xəstə sayı 20 706 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 525, ötən müddət ərzində isə ümumilikdə 4839 863 test aparılıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51 043 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 417 975, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 730 132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 687 843 təşkil edir.

Xəbərlər